Komitə rəsmisi: Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına 25 mindən çox iştirakçı qatılacaq
2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 25 mindən çox iştirakçı qatılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclasında çıxışı zamanı deyib.
"Regional təmsilçilik baxımından əvvəlki forumlarda ən çox iştirakçının Afrikadan olduğu görünür. Ümumilikdə, regional təmsilçilik çox rəngarəngdir və biz ümid edirik ki, bu dəfə də ölkələr forumda fəal iştirak edəcəklər", - deyə o əlavə edib.
AZƏRTAC
2025, 3 dekabr
