Azərbaycan

WUF13 Azərbaycan

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin WUF13 ilə əlaqədar təşkil edəcəyi tədbirlər açıqlanıb

 

 

Mayın 17-22-də Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.

Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq nazirliyin nümayəndəsi Aysel Rzayeva bildirib.

O deyib ki, forum çərçivəsində “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər”, “Plastik tullantılarla mübarizə: Yaşanıla bilən şəhərlər və dairəvi iqtisadiyyatın təşviqi”, həmçinin “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” mövzularında yan tədbirlər keçiriləcək.

Bununla yanaşı, mayın 13-də Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda tədbir keçirilib. Mayın 15-də isə “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda tədbirin təşkili planlaşdırılır.

 

Müxbir - Göyçək Mahmudlu

 

AZƏRTAC

2026, 14 may