Azərbaycan

WUF13 Azərbaycan

Milli Şəhərsalma Forumu  (NUF1, Livan)



 

23–24 mart 2022-ci il 
BMT Evi, Beyrut, Livan

 

Mövzu: Livan şəhərləri üçün daha dayanıqlı və inklüziv gələcəyə doğru

 

Forum haqqında

 

 Livanın birinci Milli Şəhərsalma Forumu  (NUF1) 23–24 mart 2022-ci il tarixlərində Livan Respublikasının Nazirlər Şurasının Sədri, Zati-aliləri cənab Najib Mikatinin dəstəyi ilə keçirilmişdir. Forum (NUF1) UN-Habitat və Birləşmiş Millətlər Təşkilatının  Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCWA) tərəfindən birgə təşkil olunmuşdur. 

Livanın birinci Milli Şəhərsalma Forumunun ümumi məqsədi Livanda davam edən çoxsaylı böhranlar fonunda artan şəhər çağırışlarını konkret şəkildə müzakirə etmək, mövcud problemlərin həlli üçün düzgün qərarların formalaşdırılmasında şəhər prizmasının əvəzsiz rolunu əsaslandırmaq, eləcə də dayanıqlı, inklüziv və firavan Livanın təşviqinə töhfə verməkdir.