Azərbaycan

WUF13 Azərbaycan

Yeni Şəhər Gündəliyi (2021, İsrail)

 

 

1–10 oktyabr 2021-ci il  

Akko, İsrail 

 

Konvensiya 

 

3-cü Akko Konvensiyası 2016-cı ildə BMT-nin Mənzil və Dayanıqlı Şəhər İnkişafı üzrə Konfransında (Habitat III) üzv dövlətlər tərəfindən konsensus əsasında qəbul edilmiş Yeni Şəhər Gündəliyinin Fəaliyyət Onilliyi çərçivəsində icrasına həsr olunmuşdur. Tədbirdə COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi çağırışlar və iqlim dəyişikliklərinin dərinləşən təsirləri fonunda “şəhər iqtisadiyyatı”nın rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Müzakirələr zamanı şəhərlərin dayanıqlılığının gücləndirilməsi mexanizmləri, dayanıqlı inkişaf prinsiplərinin bələdiyyə siyasətinə inteqrasiyası, eləcə də sosial və ekoloji sabitliyin təmin edilməsində yerli iqtisadiyyatların rolu nəzərdən keçirilmişdir. Konvensiyanın yekunu olaraq Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində milli və bələdiyyə siyasətlərinin əlaqələndirilməsinin zəruriliyi təsdiqlənmiş, habelə sahələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.