Azərbaycan

WUF13 Azərbaycan

Milli Şəhərsalma Forumu (NUF2, Kabo-Verde)

 


1–5 oktyabr 2021-ci il
Kabo-Verde

 

Mövzu: Şəhərlərin iqlim dayanıqlılığına uyğunlaşdırılması 

 

Forum haqqında

Urban Oktyabr (Urban October) çərçivəsində Kabo-Verde 1–5 oktyabr 2021-ci il tarixlərində üçüncü Milli Şəhərsalma Forumunu (NUF3) keçirmişdir. Forum ölkənin Ümumdünya Şəhərsalma Forumu 11-də (WUF11) iştirakına hazırlıq məqsədi daşıyaraq şəhər siyasətinin icra mexanizmləri, urbanizasiyanın maliyyələşdirilməsi və şəhər ərazilərinin yenilənməsi proqramlarının müzakirəsini əhatə etmişdir. Tədbir “Karbon-neytral dünya naminə urban fəaliyyətlərin sürətləndirilməsi” mövzusuna həsr olunmuş Ümumdünya Məskunlaşma Günü (World Habitat Day) ilə başlamış, “Şəhərlərin iqlim dayanıqlılığına uyğunlaşdırılması” mövzusunda Ümumdünya Şəhərlər Günü (World Cities Day) ilə başa çatmışdır. Forumda dövlət qurumları, ali təhsil və elmi müəssisələr, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.