Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının gücü bir daha vurğulanıb.
Tərəflər Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran mühüm qlobal platforma kimi rolunu qeyd edərək Çin tərəfinin bu platformada fəal iştirakını məmnunluqla bildiriblər.
Bununla yanaşı, forum çərçivəsində yüksəksəviyyəli nümayəndə heyətlərinin, akademik dairələrin və özəl sektor təmsilçilərinin geniş iştirakının gözlənildiyi bildirilib.
AZƏRTAC
2026, 23 aprel

