Azərbaycan

WUF13 Azərbaycan

Amina Muhammed: Bakı müzakirələr üçün çox uyğun məkan oldu

 

 

Bakı müzakirələr üçün çox uyğun məkan oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Muhammed deyib.

“Bu Sessiyanın uğur qazanmasında mühüm rol oynayan sarsılmaz fədakarlıqlarına və peşəkarlıqlarına görə Azərbaycan heyətinə, BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) ən dərin təşəkkürümü bildirmək istəyirəm”, - deyə Amina Muhammed bildirib.

 

AZƏRTAC

2026, 22 may