Azərbaycan

WUF13 Azərbaycan

Milli Şəhərsalma Forumu (2021, İspaniya)

 

 

1–10 oktyabr 2021-ci il
Sevilya, İspaniya

 

Mövzu: Yeni Şəhər Gündəliyinin icrası və çoxsəviyyəli şəhərsalma strategiyalarının uzlaşdırılması

Forum haqqında 

İspaniyanın Milli Şəhərsalma Forumu dörd əsas tematik istiqamət üzrə təşkil olunmuşdur. Forumun plenar sessiyaları prioritet fəaliyyət sahələrinə həsr edilmiş dörd dialoq formatında strukturlaşdırılmışdır. Eyni zamanda, hər bir müzakirə Yeni Şəhər Gündəliyinin (New Urban Agenda), Avropa İttifaqının Şəhər Gündəliyinin (Urban Agenda for the European Union) və İspaniya Şəhər Gündəliyinin (Spanish Urban Agenda) tələblərinə uyğun olaraq sahələrarası və kompleks yanaşmanı təmin etmişdir. Forum qeyd olunan strateji sənədlərin milli və Avropa səviyyələrində icrasının əlaqələndirilməsinin gücləndirilməsinə və effektivliyinin artırılmasına yönəlmişdir.