Azərbaycan

WUF13 Azərbaycan

Özəl sektorun nümayəndələrinə WUF13-ün biznes üçün yaratdığı imkanlar təqdim olunub

 

 

“Bakı KOB evi”ndə WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı çərçivəsində “WUF13 – özəl sektor üçün məlumatlandırma sessiyası” keçirilib.

AZƏRTAC xəbər verir ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində təşkil olunan tədbirdə sənaye, yaşıl enerji, tikinti, tullantıların idarə olunması, nəqliyyat, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 120-dən çox sahibkar iştirak edib.

Sessiyanın əsas məqsədi özəl sektor nümayəndələrini WUF13, eləcə də bu beynəlxalq platformanın biznes üçün yaratdığı imkanlar barədə məlumatlandırmaq olub. Sessiya zamanı iştirakçılara WUF13 çərçivəsində təqdim olunan imkanlar, o cümlədən “Urban Expo” sərgisində iştirak prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Urban Expo” sərgisində iştirak üçün müraciətlər 31 mart tarixinədək onlayn qaydada qəbul olunur.

 

AZƏRTAC

2026, 17 mart