Azərbaycan

WUF13 Azərbaycan

Doqquzuncu Ümumdünya Şəhərsalma Forumu (WUF9)

 

7–13 fevral, 2018

Kuala-Lumpur, Malayziya

 

Mövzu: Şəhərlər 2030, hər kəs üçün şəhərlər: Yeni şəhər gündəliyinin həyata keçirilməsi 

 

WUF9 haqqında

Dünya Şəhərsalma Forumunun doqquzuncu sessiyası (WUF9) 7–13 fevral 2018-ci il tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində keçirilmişdir. “Şəhərlər 2030, hər kəs üçün şəhərlər: Yeni şəhər gündəliyinin həyata keçirilməsi” mövzusu Forumun diqqətini 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında yeni şəhər gündəliyinin bir alət və sürətləndirici mexanizm kimi roluna yönəltmişdir.

WUF9, 2016-cı ilin oktyabrında keçirilən Habitat III Konfransı zamanı yeni şəhər gündəliyinin qəbul edilməsindən sonra şəhər inkişafına həsr olunmuş ilk genişmiqyaslı tədbir olmuşdur. Doqquzuncu Şəhərsalma Forumu, eyni zamanda, bu gündəliyin həyata keçirilməsinə fokuslanan ilk forum kimi tarixə düşmüşdür. Forum Malayziya Hökumətinin ev sahibliyi ilə ölkənin paytaxtı Kuala Lumpur şəhərində keçirilmişdir.

Forumdan birbaşa faydalanan hədəf qruplarına yeni şəhər gündəliyinin tərəfdaşları və qərarvericilər, xüsusilə milli və submilli səviyyədə dövlət qurumlarının nümayəndələri və parlament üzvləri daxildir. Digər faydalanan tərəflər sırasında elmi ictimaiyyət, vətəndaş cəmiyyəti və yerli icma təşkilatları, özəl sektor, habelə geniş ictimaiyyət yer alır.

 

Əsas göstəricilər

164 Ölkə

469 Məruzəçi

19 237 İştirakçı

 

WUF9 Dialoqları

Forum çərçivəsində səkkiz yüksək səviyyəli dialoq keçirilib. Bu dialoqlarda Yeni Şəhər Gündəliyinin icrası, onun həyata keçirilməsinə nəzarət mexanizmləri və bu istiqamətdə siyasət tövsiyələrinin formalaşdırılması kimi məsələlər geniş müzakirə olunub. Dialoqlar UN-Habitat tərəfindən hazırlanmış Yeni Şəhər Gündəliyinin İcra Fəaliyyət Çərçivəsi (AFINUA) əsasında qurulub və şəhərlərin yenidən düşünülməsi və təxəyyüldə yeni urbanistik modellərin formalaşdırılması məsələlərinə də toxunub. 

Ümumilikdə dialoqların məlumatlılıq baxımından zəngin və yüksək keyfiyyətli olduğu qeyd edilib. İştirakçılar panel formatından daha çox birbaşa dialoq və fikir mübadiləsinə əsaslanan formatın tətbiqini zəruri hesab etdiklərini bildiriblər. Onlar rəsmi şəxslərlə digər maraqlı tərəflər, o cümlədən elmi ictimaiyyət və icma əsaslı təşkilatlar arasında birbaşa müzakirələrin aparılmasını təklif etmişlər. İştirakçılar, həmçinin, gənclər və yaşlı nəsil üçün daha geniş diqqətin ayrılmasının önəmini qeyd ediblər.