Azərbaycan

WUF13 Azərbaycan

İqor Qarafuliç: Şəhərlər hər kəs üçün əlçatan olmalıdır

 

 

Şəhərlər hər kəs üçün əlçatan olmalıdır. Çünki şəhərlər iqtisadi mərkəz olmaqla yanaşı, həm də yaşayış yerləridir. Bu baxımdan şəhərlərdə inklüziv məkanların yaradılması çox vacibdir. Elə etməliyik ki, şəhərlərin sosial və mədəni həyatında bütün insanlar iştirak etsinlər. Bu prinsip Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasında da öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç "Şəhərlər hamı üçün - Heç kim kənarda qalmasın" adlı tədbirdə çıxış edərkən deyib.

O, Bakıda çox böyük inkişafın getdiyini qeyd edib: "Baryerləri aradan qaldırmaq üçün hamı bir yerdə işləməlidir. WUF13-də bu istiqamətdə konkret qərarlar qəbul olunacaq ki, imkanlar hər kəs üçün əlçatan olsun".

 

Müxbir - Günel Türksoy

 

AZƏRTAC

2026, 13 may