Azərbaycan

WUF13 Azərbaycan

Ekspert: Bakı WUF13 sayəsində şəhərsalmanın heç də modernləşmə olmadığını nümayiş etdirə bilər

 

 

Azərbaycan beynəlxalq səviyyədə şəhərsalma sahəsində nüfuzunu gücləndirmək üçün Ümumdünya Şəhərsalma Forumundan (WUF13) yalnız təqdimat üçün deyil, həm də şəhər səviyyəsində konkret koalisiyanın qurulması üçün istifadə edə bilər.

Bu barədə AZƏRTAC-a müsahibəsində Mərkəzi Asiya Universitetinin Dövlət Siyasəti və İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, şəhərsalma üzrə ekspert, eləcə də Çexiyanın İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəzi – İqtisadiyyat İnstitutu Fondunun tədqiqatçısı Madina Junussova bildirib.

Onun sözlərinə görə, bunun ən səmərəli yollarından biri şəhərin maraqlı tərəflərinin iqtisadi dayanıqlıq, iqlimə dəyişmələrinə uyğunlaşma və yaşamaq üçün daha rahat şəhərlərlə bağlı necə birgə əməkdaşlıq edə biləcəyini nümayiş etdirmək üçün bələdiyyələri, universitetləri, əsas sənaye sahələrini, vətəndaş cəmiyyətini və biznes liderlərini bir araya gətirmək mümkündür: “Azərbaycan və xüsusilə də Bakı WUF13-dən istifadə edərək şəhərsalmanın heç də modernləşmə olmadığını nümayiş etdirə bilər. Bununla da ölkənin tarixi şəhər quruluşunun, mədəni irsin və yeni inkişafın düşünülmüş şəkildə balanslaşdırıldığı bir yer kimi təqdim olunması mümkündür.

Bu tədbir həmçinin ölkənin regional liderlik imkanlarını da nümayiş etdirir. Azərbaycan WUF13-dən istifadə edərək ortaq tarixi irsə malik olduğu Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı möhkəmləndirə bilər. Bu dinamika Forumdan kənarda da davam edərsə, Bakı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü və potensial olaraq şəhər dayanıqlığı üzrə uzunmüddətli regional bilik şəbəkəsinə çevrilər bilər. Bu mənada Azərbaycan üçün ən böyük nailiyyət sadəcə beynəlxalq bir tədbirə ev sahibliyi etmək deyil, həm də WUF13-ü daha geniş İpək Yolu regionunda əməkdaşlıq, öyrənmə və şəhər transformasiyası üçün davamlı platformaya çevirmək olardı”, - deyə o qeyd edib.

Müsahibənin geniş variantı ilə linkdən keçid edərək tanış olmaq olar.

 

AZƏRTAC

2026, 17 mart