Birinci Ümumdünya Şəhərsalma Forumu (WUF1)
29 aprel – 3 may, 2002
Nairobi, Keniya
Mövzu: Davamlı Urbanizasiya
WUF1 haqqında
Birinci Ümumdünya Şəhərsalma Forumu (WUF1) 2002-ci il 29 aprel – 3 may tarixlərində Keniya Respublikasının paytaxtı Nayrobidə keçirilib. Forumun birinci sessiyasının mövzusu “Davamlı Urbanizasiya” olub. İştirakçıların sayının gözləniləndən iki dəfə çox olması ilə keçən Birinci Ümumdünya Şəhərsalma Forumu bir həftə davam edən səmərəli müzakirələrdən sonra öz işini uğurla başa çatdırdı. Merlərdən tutmuş gecəqondu sakinlərinədək müxtəlif təbəqələri təmsil edən ümumilikdə 80-dən çox ölkədən təxminən 1 200 nəfər tədbirdə iştirak edib.
Əsas faktlar:
80 ölkə
1 200 iştirakçı

