Dünya şəhərlərinin gələcəyi Bakıda müzakirə olunacaq
Hazırda dünyada 8 milyarddan çox insan yaşayır, 3 milyard insan mənzil təminatı ilə bağlı çətinliklərlə üz-üzədir. 1,1 milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Məhz bunlar məskunlaşma məsələsini və yeni şəhərlərin salınmasının vacibliyini gündəmə gətirir. Bu dəfə bütün həmin problemlər məhz Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) müzakirə ediləcək, həllər axtarılacaq.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.
AZƏRTAC
2026, 24 fevral
