Azərbaycan

WUF13 Azərbaycan

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir

 

 

Azərbaycan şəhər inkişafına yönəlmiş qlobal tədbirə ev sahibliyi edəcək və bu, COP kimi yenidən növbəti beynəlxalq bir toplantıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

O bildirib ki, bu tədbir Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir.

“Azərbaycan vacib regional oyunçu, əsas enerji ixracatçısı və beynəlxalq birliyin hərtərəfli fəal üzvüdür. Bu qlobal forumun və şəhərsalma tədbirinin burada keçirilməsi bir çox baxımdan əhəmiyyət daşıyır. Əlbəttə, bu, Azərbaycan üçün müxtəlif hökumət nümayəndələrini, dövlət qurumlarını, QHT-ləri, dünyanın müxtəlif ölkələrindən özəl sektor təmsilçilərini, tikinti şirkətlərini, memarlıq firmalarını, infrastrukturun inkişafı sahəsində çalışan mütəxəssisləri və büdcə ekspertlərini bir araya gətirmək imkanı yaradır. Bu, eyni zamanda, Azərbaycan üçün şəhərsalma sahəsində yeni düşüncə modeli nümayiş etdirmək baxımından da mühüm fürsətdir. Xüsusilə də tədbirin Qarabağın yenidən qurulması istiqamətində davamlı işlərin aparıldığı bir dövrə təsadüf etməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu tədbirə ev sahibliyi etmək Azərbaycana qlobal müzakirələrə töhfə vermək imkanı yaradacaq.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiriVaşinqton

 

AZƏRTAC

2026, 12 may