Azərbaycan

WUF13 Azərbaycan

On ikinci Ümumdünya Şəhərsalma Forumu (WUF12)

 

4–8 noyabr, 2024

Qahirə, Misir

 

Mövzu: Hər şey evdən başlayır: Dayanıqlı şəhərlər və icmalar üçün yerli fəaliyyətlər

 

WUF12 Haqqında

Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən çağırılan Ümumdünya Şəhərsalma Forumunun on ikinci sessiyası (WUF12) 4–8 noyabr 2024-cü il tarixlərində Misirin Qahirə şəhərində keçirilmişdir. Forum, 2002-ci ildə Keniyanın Nayrobi şəhərində təsis olunmasından 20 ildən artıq müddət sonra yenidən Afrika qitəsində baş tutmuşdur.

 

Əhatə dairəmiz

25 000 İştirakçı (əyanı və onlayn)

182 Ölkə

 

WUF12 Dialoqları

Dialoqlar Forum çərçivəsində keçirilən, siyasət və fəaliyyət gündəliyini müəyyənləşdirən yüksək səviyyəli tədbirlərdir. Bu tədbirlər qlobal əhəmiyyətə malik mövzular üzrə dünya səviyyəli düşüncə sahibləri, mütəxəssislər və rəhbər şəxslər üçün bilik və təcrübələrini bölüşmək üçün platforma yaradır, eyni zamanda auditoriya ilə fəal müzakirələri ehtiva edir. Müzakirələr yeni şəhər gündəliyinin icrasının mövcud vəziyyəti və gələcək istiqamətləri üzrə əsas yanaşmaları toplayaraq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verir. 

Hər bir dialoq “ev” anlayışı ilə lokallaşdırma prosesinin özündə birləşdirdiyi çoxşaxəli çağırışlar və imkanlar arasındakı əlaqələri dərk etmək üçün mühüm analitik çərçivə rolunu oynayır. WUF12 çərçivəsində dəyirmi masalar, assambleyalar, xüsusi sessiyalar və digər formatlarda keçiriləcək müzakirələr yerli təşəbbüslər, vətəndaş cəmiyyəti, özəl sektor, akademik dairələr, hökumətin bütün səviyyələri və beynəlxalq təşkilatlar da daxil olmaqla bütün şəhər subyektlərinin rolunun nəzərdən keçirilməsi üçün müxtəlif yanaşma imkanları yaradacaq.