Azərbaycan

WUF13 Azərbaycan

Gənc fəal: Ümumdünya Şəhərsalma Forumunda gənclərin aktiv iştirakının təmin ediləcəyinə inanıram

 

Biz - Azərbaycan gəncləri gələcəyimiz naminə səsimizi və aktiv iştirakımızı hər yerdə təmin etməliyik.

Bunu AZƏRTAC-a açıqlamasında “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin iştirakçısı, gənc fəal Aymar Babayev bildirib.

“Bu gün “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin çox maraqlı açılış mərasimi keçirildi. Hazırda dünyada gənclər siyasəti çox önəmli yer tutur. Mən öz növbəmdə ölkəmizin Prezidentinə təşəkkür etmək istəyirəm ki, gənclərin beynəlxalq arenada rol almasına hər zaman dəstək olur”, - deyə o qeyd edib.

Aymar Babayev bu ilin may ayında Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcəyini də diqqətə çatdırıb: “Azərbaycan ilk dəfə bu mühüm tədbirə ev sahibliyi edəcək. İnanıram ki, COP29-da olduğu kimi, urbanizasiya forumunda da gənclərin aktiv iştirakı təmin ediləcək. Gənclərimiz ölkəmizdə hər zaman dəstəklənirlər”.

 

Pərvanə Qafarova

 

AZƏRTAC

2026, 5 fevral